http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

25 Sentyabr 2024 , 16:10
Bakıda Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək. 

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşacaq.   

Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə təhsilin yaşıllaşdırılması ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum  “Daha təhsilli gələcək” devizi ilə baş tutacaq.

Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir. 

Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edəcək. 

Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq. 

Forumda onlayn iştirakçı linkini müvafiq “WhatsApp” kanalına qoşularaq əldə edə bilərsiniz: https://chat.whatsapp.com/BzS0V1ujzqB3In46HWiUb3

OXŞAR XƏBƏRLƏR
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır

Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır

DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

XƏBƏR LENTİ
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
  • 18:09

    Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır
  • 18:02

    DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb
  • 17:57

    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
  • 17:42

    "Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı
  • 17:42

    Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
  • 17:31

    Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib
Menyu