http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

25 Sentyabr 2024 , 16:42
Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dediyi “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir” ifadələr 2020-ci ildə kapitulyasiyaya imza atmış Ermənistana münasibətdə İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının tarixi ilə apardığı paralellik hazırkı reallıqlar baxımından tam yerinə düşür.

"Operativ Media" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev söyləyib.

Deputat qeyd edib ki, bu məsələnin tarixi, siyasi və hüquqi faktlar əsasında qısa və müqayisəli şərhi bəzi məsələlərə daha da aydınlıq gətirir. “Faşist Almaniyası Avropanı təxminən 6 il işğal altında saxlaya bildi, 1945-ci ilin mayında qeyd-şərtsiz kapitulyasiyasından sonra nəinki ölkənin, hətta Vehrmaxtın paytaxtı statusunu itirmiş Berlin şəhərinin ərazisi qalib dövlətlər arasında 4 işğal zonasına bölündü. Qalib dövlətlər Almaniyanı cəzalandıraraq bütün Almaniya ərazisində hökumət idarəçiliyini tam şəkildə öz üzərilərinə götürdülər və “məğlub olduğuna görə indi və sonradan Almaniya üzərinə qoyulan bütün tələblərə tabe olmağı” əmr etdilər. Berlinin bölünmüş zonalarında küçələrin adı belə müvafiq işğalçı dövlətin dilində, fransız və ya ingiliscə yazılırdı. 1961-ci ildə Berlin divarı tikiləndən sonra isə bölünmüş şəhərin qərbindən şərqinə və əksinə xüsusi giriş icazəsi almadan hərəkət etməyə cəhd belə ölümlə nəticələnə bilərdi. Almaniyanın suverenliyinə qoyulan məhdudiyyətlər yalnız 1990-cı ilin sentyabrında Moskvada bir tərəfdə iki alman dövləti olan AFR və ADR və digər tərəfdə 4 qalib dövlət olan ABŞ, SSRİ, Fransa və Böyük Britaniya arasında imzalanan “İki üstəgəl Dörd Müqaviləsi” ilə aradan qaldırıldı. “Almaniyaya münasibətdə yekun nizamlama haqqında Müqavilə”nin əsasında birləşmiş Almaniya daxili və xarici suverenliyini tam bərpa etdi. “Nizamlama müqaviləsi” kimi də tanınan sənədin şərtlərinə görə, Almaniya Şərqi Avropadakı qonşu dövlətlərinin sərhədlərini və ərazi bütövlüyünü qəti olaraq tanıdı və digər dövlətlərə qarşı gələcəkdə ərazi iddiaları qaldırmamağı öhdəsinə götürdü. Almaniyaya hücum müharibəsinə başlamaq qadağan edildi. “Nizamlama müqaviləsi” Almaniyanı atom, bioloji və kimyəvi silahlar istehsal etmək, onlara sərəncam vermək və saxlamaqdan imtinaya məcbur etdi. Birləşmiş Almaniyanın quru, hava və dəniz qüvvələri üçün müəyyən say həddi müəyyən edildi.

Azərbaycan ərazilərini beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlayan və İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistana münasibətdə məhz Azərbaycan az müddət sonra təklif etdi ki, sülh müqaviləsi imzalansın və dövlətləarası münasibətlər qurulsun. Ermənistan isə sülh müqaviləsi üzərində işi uzadır, hələ razılaşdırılmamış, əhəmiyyətli bəndləri mətndən çıxarmaqla müqaviləni imzalamaq kimi qeyri-real təklif irəli sürür”, - deyə o bildirib.

R.Nəbiyev vurğulaylb ki, Ermənistan məğlubiyyətindən sonra nəinki cəzalandırıldı və ya tərk-silah edildi, əksinə, hər imkanda sürətlə silahlandırıldı və bu, davam edir. “Böyük dövlətlər təcavüzkar Ermənistana bir daha hücum müharibəsinə başlamağı qadağan etmədilər, silahlı qüvvələri üçün məhdudiyyətlər qoymadılar. Tam əksinə, onlar Ermənistanı həm birbaşa və həm də tərəfdaş dövlətlərinin əli ilə silahlandırırlar. Prezidentimiz yerində xəbərdarlıq edir ki, “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar”. Ancaq Ermənistan öz Konstitusiyasında və digər hüquqi aktlarda dövlətimizə qarşı hələ də ərazi iddialarını saxlayır. Konstitusiyaya zidd istənilən beynəlxalq sazişin elə imzalandığı andan etibarsız olduğunu anlayan dövlətlər bu iddianın aradan qaldırılmasında konstruktivlik göstərmirlər. Eyni zamanda, Ermənistan keçmiş münaqişənin qalığı olan və funksional mahiyyətini itirən ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün də addım atmır, əksinə, onun saxlanılması Ermənistanda baş qaldıran və hakimiyyətin də qatıldığı revanşist qüvvələrin planına işləyir. Ermənistanın arxasında dayanan bəzi dövlətlər isə öz çirkin maraqları naminə bu mövqeni dəstəkləyirlər.

Almaniyada faşizm ideologiyası qanunla qadağan edildi və bu, hüquqi məsuliyyət yaradır. “Ermənistanda isə yenidən ərazi iddiaları ilə baş qaldıran revanşist qüvvələr təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə yaşayır. Media, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın” - deyə, Prezident xəbərdarlıq etdi.

Azərbaycan dövləti 2020-ci ildə apardığı hərbi əməliyyat, siyasi diplomatik fəaliyyəti və 2023-cü ildə isə reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri ilə sülhün və təhlükəsizliyin bərpası üçün qlobal miqyasda da əhəmiyyətə malik tədbirlər həyata keçirdi. Bununla beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, hüquqi məcburi olan prinsipləri təmin edildi. Bundan sonra regionda sülhün və sabitliyin yaranması istiqamətində Azərbaycanın səylərini dəstəkləmək əvəzinə bəzi xarici qüvvələr ölkəmizə qarşı ideoloji təxribatları gücləndirməyə başladılar və bu gün də Ermənistandan alət kimi istifadə edərək bizə qarşı yeni planlar hazırlayırlar. Məhz buna görə də Prezident ictimaiyyəti bunu bilməyə və arxayınlaşmamağa çağırdı. Eyni zamanda, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə Şanlı Zəfər tarixi yazmış Azərbaycanın Ali Baş Komandanı əminliklə bildirdi ki, “Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır”. Bəli, bir tərəfdən dövlətimiz hərbi-texniki məhsullarının ixrac coğrafiyasını genişləndirir, digər tərəfdən vaxtilə mövcud olmadığımız bölgələrlə ciddi təmaslar qurmaqla tərəfdaşlarının sayını artırır. Yerli hərbi sənaye kompleksini sürətli inkişaf etdirən və modernləşdirən ölkəmizin yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilməsi üçün imkanlar var. Bu məqsədə çatmaq üçün həmçinin yerli özəl sektor da hərbi sənaye kompleksinin inkişafına cəlb edilir”, - deyə R.Nəbiyev vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan müstəqil hərbi və diplomatik gücünü paralel olaraq durmadan artırır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, “Tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir. İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Beynəlxalq ictimaiyyət təkcə Qərb dövlətləri və onlardan asılı olanlar deyil, bütün dünya ölkələridir. Suverenliyimizin bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində dostlarımızın sayı bütün qitələrdə artır”. Biz isə əminliklə qeyd edə bilərik ki, dövlətimizin başçısının xarici siyasət sahəsindəki tövsiyə və tapşırıqları bundan sonra da uğurla aparılan parlament diplomatiyamızın davamı üçün istiqamətlərin müyyən edilməsində çox mühüm rol oynayacaq. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları xalqımızın qürurlu olması üçün əsas verir. Prezident İlham Əliyevin müraciətindəki bu məqam isə hər bir vətəndaşımız üçün istinad mənbəyi olmalıdır: “Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu