http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb

28 Sentyabr 2024 , 15:27
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində toplanışın başa çatması münasibətilə keçirilən buraxılış mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş Qərargah rəisi iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənov adından salamlayıb, onları toplanışı müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Müdafiə nazirinin birinci müavini çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş "ADEX" Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.

Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb

Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb

Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib

Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
  • 18:45

    Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb
  • 18:18

    İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür
  • 17:58

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
  • 17:30

    VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub
Menyu