http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” - Ahu Kamranlı ilə MÜSAHİBƏ

30 Sentyabr 2024 , 10:00
“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” -  Ahu Kamranlı ilə MÜSAHİBƏ

Bu müsahibədə təkbaşına dünyanı gəzən səyahətçinin ilhamverici hekayəsini oxuyacağıq. 

"Operativ Media" əlində musiqi aləti ilə dünyanı kəşf edən Ahu Kamranlı ilə müsahibəni təqdim edir.

- Neçə müddətdir səyahət edirsiniz? Səyahətiniz necə və hansı ölkədən başladı?

- Artıq ümumi olaraq bir ildən çoxdur ki, səyahət edirəm. İlk öz ölkəmizdən başlamışdım, kamplara, dağlara, meşələrə, dənizə, təbiətdə keçirilən festivallara gedirdim və qatılırdım. Sonra Türkiyəyə keçdim həm yaxın, həm də dilini rahat danışa bildiyim üçün mənə görə maraqlı və asan idi.

- Niyə təkbaşına səyahət etməyi seçdiniz? Bu qərarı verməyinizə nə səbəb oldu?

- İlk başlar özümə yoldaş axtarırdım çünki qorxurdum. Sonra qorxumla üzləşmək üçün yaxşı bir zaman olduğunu görüb, bununla üzləşməyi və tək səyahət etməyi qərara aldım.


 

- Tək səyahət etməyin sizin üçün çətinlikləri nələrdir?

- Tək səyahət etməyin mənim üçün ilk zamanlarda çətinliyi o idi ki, hisslərimi, düşüncələrimi rahatlıqla bölüşə biləcəyim biri yox idi yanımda. Buna görə də "Youtube" kanalım üçün videolar çəkirdim, orda danışdıqca eyni zamanda özümlə də danışımış olurdum və beləliklə yalnızlıq məni qorxuda bilmirdi. Ancaq indi çətinlikləri də yolun bir parçası kimi görüb keçirəm və məni narahat etmirlər.

- Ailənizin və ya yaxınlarınızın münasibəti necədir tək səyatət etməyinizə?

- Aliləmin münasibəti ilk vaxtlar təbii ki narahatlıq və qorxu idi. Çünki bilinməzliyə doğru tək yola çıxırdım və hər şey ola bilərdi, bütün fantaziyalara açıq idilər. Ancaq daha sonra onlar da mənə dəstək olmağı seçdilər. Hal-hazırda da dəstək olurlar.



- Səyahət zamanı gününüzü necə planlaşdırırsınız? 

- Əgər viza, miqrasiya, bilet və s. kimi sənəd işlərim yoxdursa, adətən səyahət zamanı günümü planlaşdırmıram, həyatın axışına buraxıram. Məsələn, Nepala gedəndə "Annapurna" və "Dhaulagiri" dağlarını seyr etmək üçün 3 gün yol qalxacağımı bilmirdim. Ancaq Nepalın paytaxtı Kathmanduya çatdıqdan sonra oradan Pokhara şəhərinə getdim və hotelə yerləşdikdən sonra orada Daisy adında bir qız mənim otaq yoldaşım oldu. O, dağlara çıxmaq istəyirdi, mən də dedim ki, maraqlıdır, bəlkə mən də qoşulum. Səhəri gün artıq miqrasiya xidmətinə gedib əraziyə giriş icazəsi aldım və bir gün yola düşdük. Qısa vaxt ərzində ani qərar verməli, seçim etməli oluram. Əvvəllər bu mənə qorxulu gələrdi, lakin indi bu, həyat tərzimə çevrilib.

- Səyahətlərinizdə başınıza gələn hansı maraqlı hadisələr olub?

- Məsələn, ən son dağda Daisy ilə gəzəndə bir-birimizi itirdik və mən yola tək davam etməli oldum. Çünki dayanmaq olmaz, hava qaralır. Burada meymunları gördüm, dedim, dayanım, bir bunlara baxım. Sonra 3 meymun, hərəsi bir tərəfdən üstümə atlanmağa çalışdı. Qorxmurdum, necə reaksiya verəcəyimi də bilmirdim. Elə bu anda kinolardakı kimi, arxamdan bir it çıxdı və meymunları qovaladı. Bunları "Instagram" səhifəmdə hekayə bölməsində maraqlı bir tərzdə paylaşıram.

- Səyahət etdiyiniz ölkələrdə insanlarla necə ünsiyyət qurursunuz?

- Adətən ingilis dilində, ya da yerli camaatla işarə dili, bədən dili, səs tonu, səmimiyyət və qəlb dili ilə. Sonuncu çarə isə "google".

 

- Təkbaşına səyahət etmək təcrübəsi sizi necə dəyişdirdi?

- Təklik hissi artıq məni qorxuda bilmədi. 

- Səyahətdə necə pul qazanırsınız?

- Səyahət zamanı pulu əvvəllər sadəcə insanların çox olduğu küçələrdə musiqi alətim olan handpan ifa edərək və çimərlikdə turistlərə bilərzik hazırlayıb sataraq qazanırdım. Eyni zamanda sonradan "Instagram"dan izləyən və ilhamlanan dostlar dəstək olmağa başladılar və virtual kofe alaraq mənə kömək etdilər. Sonra yavaş-yavaş mini konsertlər və handpan dərsləri verməyə başladım. İndi həm onlayn təlimlər, həm də şəxsi inkişaf, meditasiya və handpan ifası ilə bağlı dərslər keçirirəm. Bundan başqa, bir neçə tədbirə və məkanlara musiqi ifasına dəvət olunuram. Dəyərli daşlardan əl işlərimi hazırlayaraq satıram.

- İnternet problemini necə həll edirsiniz?

- Hər ölkənin öz sim kartını alıb telefonuma taxıram. Beləcə internet problemi yaşamıram. Asiya ölkələrində simkart və internet ucuz olur adətən. Məsələn Tailnadda bir aylıq limitsiz mobil internetə 20 azn ödəyirəm.


- Bu günə kimi neçə ölkə gəzmisiniz?

- Son 1 il 3 ay ərzində 7 ölkə gəzmişəm bunlar arasında ən uzun müddət Tailandda qaldım.

- Videolarınızda tez-tez ölkə dəyişdiyinizi görürük viza və s. kimi problemləri necə həll edirsiniz?

- Vizanı bəzən onlayn, bəzən ölkəyə girişdə alaraq bəzən də səfirliklərə müraciət edərək alıram. Tailand vizası üçün həm Malayziya, həm Kambocada, mən də Nepalda müraciət etmişəm.



- Fərqli insanlar və fərqli mədəniyyətlərə adaptasiya olmaq sizə çətin gəlmir?

- Adaptasiya problemi yaşamıram ona görə ki, mənə maraqlı və cəlbedici gələn ölkələrə gedirəm və mənə maraqlı olan yerlərdə qalıb o cür insanlarla ünsiyyətə keçirəm. Xoşuma gəlməyən yer olanda ordan keçirəm.



- Səyahət etdiyiniz ölkələrdən birində daimi olaraq yaşamaq planınız varmı?

- Həyatımın bu dövründə planlarla yaşamadığım üçün bu mövzuda hələlik bir fikrim yoxdur. İndilikdə, könüllərdə taxt quran ölkə mənim üçün Taylanddır və burada biraz daha qalmağı seçirəm.

 

Nərmin Qocamanlı

OXŞAR XƏBƏRLƏR
Kolleclərə direktor müavinləri təyin olunub

Kolleclərə direktor müavinləri təyin olunub

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

XƏBƏR LENTİ
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
  • 12:46

    Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların dövriyyəsinə dəyişiklik edilir
  • 12:35

    Baş prokuror Stifen Parkinsonla görüşüb
Menyu