http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

01 Oktyabr 2024 , 14:10
Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən mlumata görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İƏT-in nümyədələri Mishaal Al-Ahmadi və Yacoub Aloueimine ilə görüşüb.  

Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev bildirib ki, müstəqil ölkə kimi özünü dünyada təsdiq edən, bölgədə və dünyada etibarlı tərəfdaş olaraq qəbul edilən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına üzvlük barədə müraciət edən ilk ölkə olub və 1991-ci ilin dekabrında təşkilata üzv seçilib.

Ölkəmiz İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının işinə hər zaman dəstək verib.

Kamran Əliyev qeyd edib ki, dövlətimiz İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində birmənalı və dəyişməz mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - İCESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.

Baş prokuror Kamran Əliyev, 2022-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən yüksək səviyyəli görüşündə iştirakını xatırladaraq, həmin görüşün əhəmiyyəti barədə məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror,  COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.

İƏT-in nümayəndəsi Mishaal Al-Ahmadi səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymininin salamını və 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrikini çatdırıb.

Bildirib ki, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verən Azərbaycan və İƏT arasında əlaqələr gələcəkdə də uğurla inkişaf edəcəkdir.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
  • 16:43

    Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"
  • 16:39

    AYNA: Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  • 16:27

    Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Menyu