http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ötən ay 27 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

01 Oktyabr 2024 , 14:36
Ötən ay 27 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparılıb.

Bu barədə"Operativ Media"ya AEM-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb. 24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb:

"Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib".

"Vətandaşlara bildiririk ki, aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (012) 596-07-12 nömrəli “qaynar xətt”inə, [email protected] elektron ünvanı və ya www.pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə məlumat versinlər", - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
FHN hərbi hissədə təlim keçirib

FHN hərbi hissədə təlim keçirib

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb

Sabah  Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 17:37

    Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir
  • 17:31

    ABŞ-nin ən varlı şəxsləri kimlərdir?
  • 17:30

    İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?
  • 17:18

    FHN hərbi hissədə təlim keçirib
  • 17:14

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlanıb
  • 17:12

    Sabah Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
  • 16:53

    İran Livandan olan qaçqınlar üçün Suriyaya humanitar yardım göndərib
  • 16:47

    Türkiyədə zəlzələ olub
Menyu