http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

02 Oktyabr 2024 , 16:40
Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

 

"İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, "SOCAR Green" və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı", - nazir qeyd edib.

Onun sözlərinə görə, layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR
SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

XƏBƏR LENTİ
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
  • 20:02

    Mingəçevirdə avtomobil piyadanı vurub
  • 19:59

    İran XİN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcək
  • 19:50

    Son Günəş tutulması başlayıb
  • 19:37

    Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur
  • 19:24

    ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb
  • 19:15

    "Malmö"nün baş məşqçisi: "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır"
  • 19:06

    Rusiya XİN vətəndaşlarına çağırış edib
    Rusiya XİN vətəndaşlarına çağırış edib
Menyu