http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

03 Oktyabr 2024 , 10:30
FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə "Operativ Media"ya  FHN məölumat verilib. 

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər təmin edilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib;

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Binə qəsəbəsində evdə yanğın olub

Binə qəsəbəsində evdə yanğın olub

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu