http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - SORĞU

03 Oktyabr 2024 , 11:50
Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - SORĞU

Bu ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Sosial Tədqiqatlar Mərkəzi bu barədə Azərbaycan ictimaiyyətinin fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

STM-dən "Operativ Media"ya verilən məlumata görə,  sorğuda iştirak edənlərin 84,3%-i “Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyirsinizmi?” sualına müsbət cavab verərək, bu təşəbbüsü dəstəklədiyini, 13,4%-i dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edilib ki, ortaq əlifbanın yaradılması təşəbbüsü dil və yazı birliyi ilə yanaşı, türk dövlətləri arasında mədəni və təhsil mübadiləsini genişləndirmək, qütbləşən dünyada inteqrasiya və əməkdaşlığı sürətləndirmək, nəhayət dildə, fikirdə, əməldə birliyi gücləndirmək kimi mühüm hədəflərə xidmət edir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

OXŞAR XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

“Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?

XƏBƏR LENTİ
  • 17:13

    Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb
  • 17:08

    COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır
  • 17:01

    Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
  • 16:53

    Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
  • 16:49

    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
  • 16:47

    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
  • 16:43

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:40

    Narışkin: Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda rus diplomata qarşı təxribatın qarşısını birgə alıblar
Menyu