http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Şuşa şəhərinə daha 16 ailə köçürülüb

08 Oktyabr 2024 , 07:09
Şuşa şəhərinə daha 16 ailə köçürülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Media" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.

OXŞAR XƏBƏRLƏR
"Tələbə Plus" kartları 15 oktyabrdan etibarən 10 Universitetdə tələbələrə təqdim olunacaq

"Tələbə Plus" kartları 15 oktyabrdan etibarən 10 Universitetdə tələbələrə təqdim olunacaq

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO

XƏBƏR LENTİ
  • 10:41

    Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən 2 nəfər saxlanılıb
  • 10:28

    Bakıda Təhsilin İnkişafı Forumu öz işinə başlayıb
  • 10:26

    “Akabe” şirkəti gömrük qaydalarını pozub, məhkəmə cərimə kəsib
  • 10:22

    "Tələbə Plus" kartları 15 oktyabrdan etibarən 10 Universitetdə tələbələrə təqdim olunacaq
    "Tələbə Plus" kartları 15 oktyabrdan etibarən 10 Universitetdə tələbələrə təqdim olunacaq
  • 10:15

    Bu gün Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək"
  • 10:14

    Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
  • 10:13

    Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb
    Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb
  • 10:06

    Türkiyə Livandan vətəndaşlarını təxliyə edəcək
Menyu