http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşdü

08 Oktyabr 2024 , 16:38
Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşdü

Oktyabrın 8-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ardınca nazir Fərid Qayıbov XVII Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlərə görə dövlətimizin başçısı tərəfindən təltif edilmiş paralimpiyaçılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Əmək” ordenləri və "Tərəqqi" medallarını təqdim edib. 

Sonra Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda nailiyyət qazanan idmançıları təbrik edərək ötən ayın yeniliklərlə, tarixi ilklərlə zəngin ay olduğunu qeyd edib və idmançılara yeni uğurlar arzulayıb. Yarışlarda idmançıların qələbələrini əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə akrobatika gimnastikası, aerobika gimnastikası, atletika, bilyard, bədii gimnastika, cüdo, kamandan oxatma, aba, alış, qazaq güləşi, sumo, parataekvondo, paraüzgüçülük, paraatletika, paracüdo, parabadminton, karate, kikboksinq, taekvondo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, çimərlik güləşi, savat idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

OXŞAR XƏBƏRLƏR
"Yuventus"un kapitanı əməliyyat olundu

"Yuventus"un kapitanı əməliyyat olundu

"Mançester Siti" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir

"Mançester Siti" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir

Erlinq Holann “Mançester Siti”yə və azarkeşlərə təşəkkür edib

Erlinq Holann “Mançester Siti”yə və azarkeşlərə təşəkkür edib

XƏBƏR LENTİ
  • 18:44

    Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, Prezident İlham Əliyev iclasda iştirak edib - YENİLƏNİB
    Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, Prezident İlham Əliyev iclasda iştirak edib - YENİLƏNİB
  • 18:29

    Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidmətlərini dayandırır
  • 18:25

    İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
  • 18:19

    Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
  • 17:54

    Paşinyanın Moskvadakı fotosu gündəm olub
  • 17:52

    Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb
    Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb
  • 17:41

    Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
    Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
  • 17:37

    Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
Menyu