http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

10 Oktyabr 2024 , 11:18
Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

"Payız və qış aylarında ənənəvi olaraq mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir. Bu tip infeksiyalar hava-damcı üsulu ilə ötürüldüyündən qapalı məkanlarda daha sürətlə yayılır".

Bunu "Operativ Media"ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik mütəxəssisi 5 yaşın altında olan uşaqların qripə qarşı peyvənd olmasına cağırış edib.

"Bütün əhali, o cümlədən uşaqlar da bu infeksiyalara həssasdır və onlar arasında təşkil olunan kollektivlərdə (məktəblər, uşaq baxçaları, internatlar və s.) vaxtaşırı kəskin respirator virus infeksiyalarının alovlanmasına rast gəlinə bilir. Bu infeksiyalardan qeyri-spesifik qorunma tədbirləri eynidir və bu qaydalar haqqında əhali kifayət qədər maarifləndirilib (maskadan istifadə, sosial məsafənin gözlənilməsi, əl gigiyenasına riayət edilməsi və s.

Tövsiyə olunur ki, xəstə uşaqlar istər evdə, istərsə də məktəbdə vaxtında aşkar olunaraq bir müddət kollektivə buraxılmasınlar. Qripə qarşı əsas təsirli spesifik profilaktik tədbir vaksinasiyadır. Birinci növbədə 5 yaşın altında olan, habelə ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəliklərindən əziyyət çəkən və immunçatmazlığı olan uşaqlar qripə qarşı peyvənd olunmalıdırlar".

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

XƏBƏR LENTİ
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
  • 12:57

    Nazir müavini: Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib
  • 12:43

    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • 12:35

    AYNA: Bakıda 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib
  • 12:23

    Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlanılıb
  • 12:11

    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
Menyu