http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Sabah yağış yağacaq, şimşək çaxacaq

10 Oktyabr 2024 , 12:43
Sabah yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-18° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub

Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub

XƏBƏR LENTİ
  • 15:11

    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
  • 15:08

    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
  • 15:02

    Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
  • 14:54

    Qəzzada həlak olanların sayı artıb
  • 14:51

    DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb
  • 14:49

    Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub
  • 14:41

    Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
    Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
  • 14:30

    Sahibə Qafarova Tacikistana səfərə gedib
Menyu