http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

10 Oktyabr 2024 , 11:39
Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə görüşüb.

DSK-dan "Operativ Media"ya bildirilib ki, görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə SESRİC arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ilə iki qurum arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunduğu qeyd olunub. Vurğulanıb ki, Memorandumun icrası Azərbaycan Respublikasının rəsmi statistika sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsinə, statistik məlumatların mübadiləsi, təlim səfərləri və seminarlar vasitəsilə statistik potensialın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verməkdədir.

SESRIC-in Baş direktoru xanım Zehra Zümrüt Selçuk səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirərək, Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu, SESRIC tərəfindən təşkil olunan tədbirlərdə Komitənin aktiv fəaliyyətindən məmnunluğunu ifadə edib, sözügedən Memorandum çərçivəsində bundan sonra da müvafiq zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu