http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

10 Oktyabr 2024 , 12:08
AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir. Aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, yeni xidmət sərnişinlərə uçuşa 48 saat qalmış www.azal.az saytında və ya aviaşirkətin mobil tətbiqində onlayn şəkildə qeydiyyatdan keçmək imkanı yaradır.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək olar.

Onlayn qeydiyyat sərnişinlərə oturacaq yeri seçmək və uçuşa gecikmə riskini minimuma endirmək imkanı kimi bir sıra üstünlüklər təklif edir.

Qeyd edək ki, AZAL oktyabrın 1-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imzanı tətbiq etməyə başlayıb. Bu yenilik də aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

OXŞAR XƏBƏRLƏR
Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

“Medical Assistance” cərimələnib

“Medical Assistance” cərimələnib

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu