http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sabiq nazirə məxsus şirkət cərimələnib

11 Oktyabr 2024 , 11:37
Sabiq nazirə məxsus şirkət cərimələnib

“İmprotex Motors” MMC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, BMW, “BMW Motorrad”, MINI, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycana rəsmi idxalçısı olan “İmprotex Motors” şirkəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

XƏBƏR LENTİ
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 13:52

    Abdullah Avcı "Neftçi"nin təklifini geri çevirib
  • 13:46

    Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
  • 13:42

    Putin Kazanda Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək
  • 13:29

    Putin İran prezidenti Pezeşkianla görüşüb
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Menyu