http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

11 Oktyabr 2024 , 12:31
Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

Qeyd edək ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabiq nazirə məxsus şirkət cərimələnib

Sabiq nazirə məxsus şirkət cərimələnib

"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

"SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

XƏBƏR LENTİ
  • 15:11

    "Pikin" MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 15:07

    Muxtar Babayev Sinqapurun davamlılıq və ətraf mühit naziri ilə görüşüb
  • 14:51

    AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib
  • 14:39

    Son sutkada Qəzzada 61 nəfər həlak olub
  • 14:33

    Almaniya millisinin sabiq türk əsilli futbolçusu Bakıya gəldi
  • 14:33

    Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Menyu