http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Qərbi Azərbaycan İcması bəyanat yayıb

13 Oktyabr 2024 , 12:52
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.

OXŞAR XƏBƏRLƏR
Bayden Olaf Şoltsla görüşəcək

Bayden Olaf Şoltsla görüşəcək

Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib

Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib

Malayziya rəsmiləri COP29-a dəvət edilib

Malayziya rəsmiləri COP29-a dəvət edilib

XƏBƏR LENTİ
  • 08:21

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:08

    "Neftçi" sabiq çalışdırıcısına tapşırılır
  • 07:59

    Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • 07:50

    Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
Menyu