http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Malayziya rəsmiləri COP29-a dəvət edilib

13 Oktyabr 2024 , 11:26
Malayziya rəsmiləri COP29-a dəvət edilib

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif ilə görüşüb.

Bu barədə "Operativ Media"a komitədən məlumat verilib.

Qeyd olunub ki, qonağı səmimi salamlayan mer bir neçə dəfə Bakıya səfər etdiyini, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu söyləyib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə təşəkkürünü bildirib. O, Kuala Lumpur şəhərinin qədim hissəsini İçərişəhər kimi qorumaq üçün Bakının təcrübəsini öyrəndiklərini və tətbiq etmək niyyətində olduqlarını vurğulayıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova Cenevrəyə səfər edib

Sahibə Qafarova Cenevrəyə səfər edib

Bayden Olaf Şoltsla görüşəcək

Bayden Olaf Şoltsla görüşəcək

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

XƏBƏR LENTİ
  • 10:20

    Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
    Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
  • 10:18

    ƏƏSMN: Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
  • 10:14

    İngilis futbolçu "Ayaks"ı tərk edə bilər
  • 10:09

    Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
  • 10:03

    Azərbaycanın xaricə qaz satışı 4 %-dən çox artıb
    Azərbaycanın xaricə qaz satışı 4 %-dən çox artıb
  • 09:59

    "Telegram" Qazaxıstanda ofis açacaq
  • 09:54

    Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
  • 09:54

    Azərbaycan bu ilin 9 ayında 18 milyon tona yaxın neft-kondensat ixrac edib
    Azərbaycan bu ilin 9 ayında 18 milyon tona yaxın neft-kondensat ixrac edib
Menyu