http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Məhkəmə "Blue Moon Company" ilə bağlı cərimə qərarı verib

14 Oktyabr 2024 , 09:44
Məhkəmə "Blue Moon Company" ilə bağlı cərimə qərarı verib

"Blue Moon Company" MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
 

OXŞAR XƏBƏRLƏR
Polis ahıl yaşlı şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb

Polis ahıl yaşlı şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb

AQTA Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlayıb

AQTA Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlayıb

FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

XƏBƏR LENTİ
  • 12:23

    Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb
  • 12:16

    İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib
  • 12:13

    Polis ahıl yaşlı şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb
  • 12:09

    Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • 12:03

    İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib
  • 11:58

    Qətərin yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib
  • 11:53

    AQTA Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlayıb
  • 11:52

    Prezident Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    Prezident Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Menyu