http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

14 Oktyabr 2024 , 11:41
FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Belə ki, avtomobil təmir sexi hündürmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşdirilib və avtomobillərə texniki xidmət fəaliyyəti göstərilir;

- obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilib və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;

-avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdədir;

-odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

-mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilatlar tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib;

-obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda sərnişin qatarlarında sürət həddi bərpa edilib

Azərbaycanda sərnişin qatarlarında sürət həddi bərpa edilib

XƏBƏR LENTİ
  • 13:58

    Rusiyanın müdafiə naziri Pekinə səfər edib
  • 13:56

    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
    İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:48

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 13:41

    Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 13:33

    Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib
  • 13:30

    İran Parlamentinin sədri Sahibə Qafarova ilə görüşüb
  • 13:30

    ƏDV nədir və necə istifadə edilir?
  • 13:23

    330 000 manat məbləğində aksiz markasız tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Menyu