http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

14 Oktyabr 2024 , 15:13
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi cari il iyunun 24-də Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Daşkəsən rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan arvadı Atlas Ocaqverdiyevaya balta ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Teymur Ocaqverdiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 18:17

    Danimarkanın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - YENİLƏNİB
    Danimarkanın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - YENİLƏNİB
  • 18:12

    Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb
  • 18:09

    Dörd qəsəbədə qaz olmayacaq
    Dörd qəsəbədə qaz olmayacaq
  • 18:03

    Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb - YENİLƏNİB
  • 17:57

    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
  • 17:53

    Lissabondakı Ukrayna səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb
  • 17:51

    Britaniya İsrailə raket zərbələri endirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib
  • 17:44

    İsrailin Livanın şimalında hava hücumu nəticəsində 18 nəfər ölüb
Menyu