http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Avtomobil nə zaman cərimə meydançasına aparılır?

14 Oktyabr 2024 , 16:05
Avtomobil nə zaman cərimə meydançasına aparılır?

Sürücü hər zaman öz hüquqlarını və vəzifələrini bilməlidir. Bunlardan biri də avtomobilin cərimə meydançasına aparılma prosesidir. 

Bəs avtomobil hansı halda cərimə meydançasına aparılır?

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən DYP əməkdaşı yanız aşağıdakı hallarda avtomobili cərimə meydançasına apara bilər:

Sürücüdə və onunla birlikdə olan sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadığı zaman;

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edildiyi zaman;

Avtomobilin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədiyində;

Avtomobil alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edən şəxs tərəfindən idarə olunduqda. Bu zaman kifayət qədər dəlil olmalıdır. Eyni zamanda sürücü ilə birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

Nəqliyyat vasitəsində xüsusi normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda;

Xüsusi çoxavazlı səs və sayrışan işıq cihazları ilə təchiz edildikdə; (Bu pozuntuları yerində aradan qaldırmaq mümkündürsə, maşın cərimə meydançasına aparıla bilməz).

Məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının varsa, inzibati cərimə barədə qərar 2 ay müddətində icraat edilmədikdə (Bu halda sürücü cəriməni yerində ödəyərsə maşın cərimə meydançasına aparıla bilməz).

Vətəndaş cəriməni ödəyib və ya avtomobilin saxlanma səbəbi aradan qaldırıldıqdan sonra lazımi sənədləri polisə təqdim edir. Bu zaman maşın cərimə meydançasından çıxarılır.

Hüquqşünas vətəndaşın cərimə meydançasında avtomobilə ziyan dəydiyi halda təzminat ala biləcəyini bildirib:

Avtomobilə əgər cərimə meydançasında müəyyən ziyan dəyərsə, vətəndaş məhkəməyə müraicət edə bilər. Bununlada maşına dəyən ziyanla bağlı təzminat ala bilər.

Son olaraq qeyd edək ki, avtomobil İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində göstərilən qaydalardan kənarda cərimə meydançasına aparıla bilməz. Belə halla qarşılan vətəndaş uxarı səlahiyyətli orqana və ya məhkəməyə müraciət edə bilər.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

Qazaxda mülki şəxs heyvan otararkən minaya düşüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 18:17

    Danimarkanın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - YENİLƏNİB
    Danimarkanın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - YENİLƏNİB
  • 18:12

    Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb
  • 18:09

    Dörd qəsəbədə qaz olmayacaq
    Dörd qəsəbədə qaz olmayacaq
  • 18:03

    Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb - YENİLƏNİB
  • 17:57

    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
  • 17:53

    Lissabondakı Ukrayna səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb
  • 17:51

    Britaniya İsrailə raket zərbələri endirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib
  • 17:44

    İsrailin Livanın şimalında hava hücumu nəticəsində 18 nəfər ölüb
Menyu