http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

14 Oktyabr 2024 , 15:30
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin (ESTİS) təsdiq edilməsi barədə” 13 fevral 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sistemin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əvəzinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi görəcək.

Agentlik həmçinin Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

ESTİS-in sahibi və operatoru Agentlikdir.

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb

Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb

Dörd qəsəbədə qaz olmayacaq

Dörd qəsəbədə qaz olmayacaq

Divar kagızlarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətə cərimə kəsilib

Divar kagızlarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətə cərimə kəsilib

XƏBƏR LENTİ
  • 18:12

    Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb
  • 18:09

    Dörd qəsəbədə qaz olmayacaq
    Dörd qəsəbədə qaz olmayacaq
  • 18:03

    Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb - YENİLƏNİB
  • 17:57

    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
  • 17:53

    Lissabondakı Ukrayna səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb
  • 17:51

    Britaniya İsrailə raket zərbələri endirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib
  • 17:44

    İsrailin Livanın şimalında hava hücumu nəticəsində 18 nəfər ölüb
  • 17:39

    Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Menyu