http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Divar kagızlarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətə cərimə kəsilib

14 Oktyabr 2024 , 17:36
Divar kagızlarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətə cərimə kəsilib

Divar kagızlarının topdan və pərakəndə satışı ilə məşğul olan "Tesoro Azerbaijan" MMC yenidən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Onu da bildirək ki, "Tesoro Azerbaijan" MMC ötən həftə eyni inzibati xəta törətdiyinə görə cərimələnmişdir. 

OXŞAR XƏBƏRLƏR
Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırılıb

Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırılıb

Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb

Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb

Dörd qəsəbədə qaz olmayacaq

Dörd qəsəbədə qaz olmayacaq

XƏBƏR LENTİ
  • 20:19

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib - YENİLƏNİB
  • 20:17

    UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub olur - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub olur - YENİLƏNİR
  • 20:14

    İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus 800 metrlik bunker aşkarlayıb
  • 20:00

    COP29-da Macarıstanı Viktor Orban təmsil edəcək
  • 19:53

    Rusiya DİN: Kiyev beynəlxalq terror təşkilatları ilə əlaqələrini gizlətmir
  • 19:40

    Ombudsman Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
    Ombudsman Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
  • 19:22

    Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırılıb
  • 18:58

    Azərbaycan - Slovakiya matçının start heyətləri açıqlandı
Menyu