http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mahir Emreli: "Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur"

15 Oktyabr 2024 , 08:58
Mahir Emreli: "Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur"

Millətlər Liqasının 4-cü tuunda Slovakiya ilə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.

"Operativ Media" xəbər verir ki, 27 yaşlı hücumçu tənqid olunmasına münasibət bildirib:

“Hörmətli azarkeşlər!

Öncə dəstəyinizə görə təşəkkür edirəm! Har biriniz içimdə olan Vətən sevgisini, Bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur va nəticə vərəqə ilə sonlanır.

Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər. Ona görə məndən istəyiniz və təzyiqiniz çoxdur! Bu, məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə va daha çox inkişaf etməyə məni sövq edir!

Ümid edirəm, gələcək oyunlarımda qollarım ilə sizi sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!”

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi Estoniyanı Qəbələdə qəbul edəcək

Azərbaycan millisi Estoniyanı Qəbələdə qəbul edəcək

Azərbaycan rəqəmlərdə Slovakiyanı qabaqlayıb

Azərbaycan rəqəmlərdə Slovakiyanı qabaqlayıb

Mahir Emreli millinin heyətində 50-ə çatdı

Mahir Emreli millinin heyətində 50-ə çatdı

XƏBƏR LENTİ
  • 12:12

    Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
  • 12:10

    Avropada təbii qazın qiyməti aşağı enib
  • 11:49

    Azərbaycan millisi Estoniyanı Qəbələdə qəbul edəcək
  • 11:44

    MİT “Əl-Qaidə” terror təşkilatının üzvünü ələ keçirib
  • 11:40

    "A-Frame" tipli evlərin kirayə qiymətləri neçəyədir?
  • 11:40

    ADY: İlin sonunadək yenilənmiş Astara terminalını işə salacaq
  • 11:39

    Misirdə sərnişin avtobusu qəzaya uğrayıb, 12 nəfər ölüb
  • 11:35

    FHN: Hacıqabulda su basan ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir - VİDEO
Menyu