http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"A-Frame" tipli evlərin kirayə qiymətləri neçəyədir?

15 Oktyabr 2024 , 11:40
"A-Frame" tipli evlərin kirayə qiymətləri neçəyədir?

Son zamanlar "A-Frame" tipli evlərə tələbat xeyli artıb. Bəs "A-Frame" evlərinin kirayə qiymətləri nəçəyədir?

“Operativ Media” bununla bağlı araşdırma aparıb.

İlk olaraq bildirək ki, bu evlər günlük kirayə verilir. Bir günlük kirayə qiyməti isə 100 AZN-dən başlayaraq 250-350 AZN arasında dəyişir. Bu qiymətlər bölgəyə, otaq sayına, günün həftəiçi və ya həftəsonu olmasına görə formalaşır. 

7a23e293-2d76-47f1-8aa9-eb748561e6c2.png

Qeyd edək ki, "A-Frame" tipli evlər Azərbaycanın Qəbələ, Quba rayonlarında daha çoxdur. Onların bəzilərinə nəzər salaq:

Qəbələ şəhərində olan Mıxlıqovaq kəndində yol kənarında yerləşən "A-Frame" formalı ev 3 mərtəbə, 4 yataq otağı,1 böyük salon və studiya mətbəxdən ibarətdir. Evdə 9-11 nəfərə kimi insan qala bilər. Evin gündəlik kirayə qiyməti isə həftəiçi 150 AZN, həftəsonu 180 AZN təşkil edir. Sahibkar bildirir ki, evdə 6 nəfərdən yuxarı insan qaldıqda günlük kirayə qiyməti 200 AZN-nə qaldırılır.

Picture background

Qəbələdə yerləşən digər bir "A-Frame" tipli evin günlük kirayə qiyməti həftə içi 120 AZN, həftə sonu 140 AZN-dir. Evdə hər bir şəraitin olduğunu bildirən sahibkar günün sayı çoxaldıqca qiymətdə müəyyən endirimlər edildiyini vurğulayıb.

Qubada Çənlibel gölünün yanında yerləşən "A-Frame" tipli evin günlük kirayəsi 100 AZN-dən başlayır. Sahibkar evin kirayə qiymətinin həftəsonu və həftəiçi gün sayına görə dəyişdiyini bildirib. Eyni zamanda bu ev yalnız ailələrə verilir. Qubada Qəçreşdə yerləşən digər bir "A-Frame" tipli evin günlük kirayəsi 160 AZN-dir. Ev 8 nəfərlik nəzərdə tutulub.

Picture background

İsmayıllı rayonu Cülyan kəndində yerlələşən isti hovuzlu “A Frame” tipli evin 1 günlük qiyməti həftə içi 190 AZN, həftə sonu isə 210 AZN təşkil edir. Sahibkar tətil günləri isə kirayə qiymətin 310 AZN olduğunu bildirib. Buna səbəb tətil və bayram günləri bu evlərə təlabatın artmasıdır.

Bakının Mərdəkan qəsəbəsində yerləşən, 2 yataq otağından ibarət "A-Frame"  tipli evin günlük kirayəsi 200 AZN-dir. Sahibkar qeyd edir ki, ev maksimum 6 nəfərə verilir. Novxanıda isə bu evlərin günlük kirayəsi həftəiçi 200, həftəsonu isə 250 AZN təşkil edir.  

Digər bir sahibkar bu tipli evlərin kirayə qiymətinin isti hovuza görə dəyişdiyini bildirib. Sahibkar isti hovuzlu "A-Frame"  tipli evlərin qiymətinin 130-140 AZN təşkil etdiyini, hovuz olmayan evlərinin isə gündəlik kirayəsinin 100 AZN olduğunu vurğulayıb.

Sahibkar sonda qeyd edib ki, hazırda bu evlərin qiyməti stabildir. Daha çox bayram günlərində qiymətlərin bir qədər bahalaşır.
 

Bunu da oxu: Son zamanlar məşhurlaşan "A-Frame" evlər neçəyədir?

Bunu da oxu: "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb,  3 vəkilə xəbərdarlıq edilib

Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib

Azərbaycan və Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda ilk addımlar atılıb

Azərbaycan və Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda ilk addımlar atılıb

XƏBƏR LENTİ
  • 14:11

    AAYDA: Ələt–Astara–İran magistral avtomobil yolunun 26 km-lik hissəsi yenidən qurulub - FOTO - VİDEO
  • 14:00

    AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb
  • 13:55

    Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb
  • 13:55

    Mahir Emreli: "Vəziyyəti düzəltmək öz əlimizdədir"
  • 13:44

    Azərbaycan İnvestisiya Holdinqi ilə Çin şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
  • 13:35

    Neft-qaz sektorunda 31 milyard manatlıq ÜDM istehsal olunub
  • 13:31

    Balıqçılıq sahəsindəki müəssisələrdə epizootoloji monitorinqlər keçiriləcək
  • 13:15

    Azərbaycan və İran Şərqi Zəngəzur və Naxçıvan arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
Menyu