http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov Kahramanmaraşa səfər edib - YENİLƏNİB

11 Fevral 2023 , 21:00
Ceyhun Bayramov Kahramanmaraşa səfər edib - YENİLƏNİB

11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər edib. 

Nazir Ceyhun Bayramovu hava limanında Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb. 

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərimizin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib, media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında iştirak edib. 

AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir Ceyhun Bayramov, zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub. Nazir Ceyhun Bayramov, xarici işlər naziri Mevlüt Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun iştirak etdiyi tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fəlakətin ilk günündən ölkəmiz tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib. 

Daha sonra nazir Ceyhun Bayramov, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi məqsədilə fəaliyyət göstərən FHN-in çevik xilasetmə qüvvələrinin bazasını, o cümlədən onların çalışdıqları ərazini ziyarət edib. Axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirən xilasedicilərimizin fəaliyyəti, indiyədək görülən işlərin nəticələri ilə tanış olan nazir Ceyhun Bayramov, zəlzələdən zərər çəkmiş şəxslərin həyatının xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edib. 

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsinə dəstək məqsədilə Azərbaycan tərəfindən göndərilmiş səhra xəstəxanasını ziyarət edən nazir Ceyhun Bayramov, bütün lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunmuş bu xəstəxanada fəaliyyət göstərən həkimlərimiz ilə görüşüb. Həkimlərimizin fəaliyyəti ilə tanış olan nazir Ceyhun Bayramov, onlara bu məsuliyyətli işlərində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Yekunda media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, səfərin yekunları, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımlar, o cümlədən baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi, həlak olmuş vətəndaşlarımız barədə sualları cavablandırıb.


 

***

13:09

Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində AFAD Mərkəzini ziyarət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviterdə bildirib

Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

OXŞAR XƏBƏRLƏR
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:39

    Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
Menyu