http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN başçısı Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri ilə görüşüb

15 Fevral 2023 , 18:24
XİN başçısı  Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi və alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri və bu çərçivədə həm İsveçlə, həm də Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə görüş zamanı diqqət yetirilib.

Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.

Görüşdə, həmçinin digər ikitərəfli və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Muxtar Babayev Selvin Hart ilə görüşüb

Muxtar Babayev Selvin Hart ilə görüşüb

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

XƏBƏR LENTİ
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
  • 18:45

    Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb
  • 18:18

    İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür
  • 17:58

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
  • 17:30

    VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub
Menyu