http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

16 Fevral 2023 , 13:32
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.

Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov, zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib. Nazir Ceyhun Bayramov, Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib. Nazir Ceyhun Bayramov, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

Telefon danışığı zamanı, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib. 

Telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Muxtar Babayev Selvin Hart ilə görüşüb

Muxtar Babayev Selvin Hart ilə görüşüb

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

XƏBƏR LENTİ
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
  • 18:45

    Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb
  • 18:18

    İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür
  • 17:58

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
  • 17:30

    VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub
Menyu