Menyu

Uşakov: Tramp Putinin iqamətgahına olan hücumdan qəzəblənib

Operativ Media
Uşakov: Tramp Putinin iqamətgahına olan hücumdan qəzəblənib

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum cəhdindən qəzəblənib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib .

“ABŞ prezidenti bu xəbərdən şoka düşdü, sözün əsl mənasında qəzəbləndi və dedi ki, belə dəli hərəkətləri təsəvvür belə edə bilməz”, - Uşakov bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Putinin iqamətgahına hücum cəhdinin danışıqlar prosesinə təsir edəcəyini deyib.

Zelenski isə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı səslənmiş bəyanatları yalan adlandırıb.

Ukrayna Silahlı Qüvvələri ötən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 uzaqmənzilli dronla hücum edib.

Dronların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunur.

Əlaqəli Xəbərlər