Menyu

Zəlzələyə görə Türkiyəyə yardım aparmış FHN vasitələri ölkəyə qayıdır

Nərmin Qocamanlı
Zəlzələyə görə Türkiyəyə yardım aparmış FHN vasitələri ölkəyə qayıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ikinci avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, tərkibinə 7 avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola çıxıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər