ABŞ prezidenti Cozef Bayden Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Bayden, Avstraliyanın Baş naziri Entoni Albanese və İngiltərə Baş Naziri Rishi Sunak , Avstraliyanın nüvə sualtı qayığına sahibliyini və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edən AUKUS razılaşmasının bir hissəsi olaraq Kaliforniyanın San Dieqo şəhərində görüşü zamanı bildirib.
Yaxın vaxtlarda Çin prezidenti Si Cinpinlə görüşəcəkmi sualına Bayden “Bəli” cavabını verib.
Görüşün nə vaxt keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib.