Menyu

Fikrət Əliyev: Azərbaycan Almaniya üçün əsas iqtisadi və siyasi tərəfdaşlardan biridir

Redaksiya
Fikrət Əliyev: Azərbaycan Almaniya üçün əsas iqtisadi və siyasi tərəfdaşlardan biridir

Almaniya Azərbaycanı əsas iqtisadi və siyasi tərəfdaş kimi görür. 

"Operativ Media" xəbər verir ki, bunu YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev  bildirib. 

O qeyd edib ki, bunun nəticəsi olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniya hökumətinin dəvəti ilə Berlinə səfər etdi. 

"Dövlət başçısı ötən gün Almaniyanın önəmli iş adamları ilə görüş keçirdi. Bildirdi ki:

•    Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər.
•    İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. 
•    Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanı verdi. 
•    Real hədəf olan yerdə bir çox Avropa ölkəsini neft və neft məhsulları ilə təchiz edirik.
•    Qazın artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən Azərbaycana müraciət olunub.
•    Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var və.s 


Bu gün Prezidentin Almaniya kansleri Olaf Şoltsla və federal prezident Frank-Valter Ştaynmayerlə görüşü gözlənilir. Almaniya mediası bildirir ki, bu görüşdən gözləntilər böyükdür. 

Əslində hər birimiz bilməliyik ki, Azərbaycan hazırda Almaniya kimi ölkələrin həyatında hansı rolu oynayır. Bizim gözləntilərimizdən daha çox onların gözləntiləri olur. Biz dünyanın siyasi, iqtisadi, enerji təhlükəsizliyi həyatında mühüm rol oynayan qüdrətli ölkəyə çevirilmişik. Bütün bunlar ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir".

Teqlər:

"Fikrət Əliyev: Azərbaycan Almaniya üçün əsas iqtisadi siyasi tərəfdaşlardan biridir"

Əlaqəli Xəbərlər