Menyu

Dövlət başçısı: Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm

Nərmin Qocamanlı
Dövlət başçısı: Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm

"Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir".

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

"Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm", - dövlət başçısı qeyd edib.

Teqlər:

"Dövlət başçısı: Türkiyənin bu çətinliklərin öhdəsindən mətinliklə gələcəyinə əminəm"

Əlaqəli Xəbərlər