Togg-un satış qiyməti bəlli oldu
Nərmin Qocamanlı
Türkiyənin elektromobil brendi Togg-un rəsmi satış qiyməti məlum olub.
"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, başlanğıc modelin qiyməti 85,384 manat təşkil edir.
Qeyd edək ki, avtomobilin Türkiyədən kənarda da satışı planlaşdırılır.
Avtomobilin xüsusiyyətlərinə gəlincə, iki modifikasiyada - 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxındır.
“Togg” avtomobilləri elektriklə çalışır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net