Menyu

"His Excellency" sözünün mənasını bilmədilər, gündəm oldular - FOTOLAR

Redaksiya
"His Excellency" sözünün mənasını bilmədilər, gündəm oldular  - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Almaniya hökumətinin dəvəti ilə bu ölkəyə 2 günlük rəsmi səfər etmişdir. 

Səfər çərçivəsində Azərbaycanın Almaniyanın və ümumilikdə avropanın siyasi və iqtisadi həyatında tutduğu roldan söhbət açılmışdır. 

Prezident İlham Əliyevin alman biznesmenlərlə görüşündə qarşısındakı kartda "His Excellency Aliyev" - qısaltma olaraq H.E.Aliyev kimi yazılıb. 

"Operativ Media"nın xəbərinə görə, yazıdan sonra müxalif düşərgə protokol qaydalarından xəbərsiz şəkildə yazının səhv yazıldığını iddia ediblər. 

Onların paylaşdığı postlara isə digər sosial media istifadəçiləri  "His Excellency Aliyev" əslində "Zati-aliləri" deməkdir və bütün dünyada qəbul olunmuş protokol qaydasıdır deyə reaksiya veriblər.

Həmin görüntülərdən bir neçəsini təqdim edirik.

Teqlər:

"\"His Excellency\" sözünün mənasını bilmədilər gündəm oldular - FOTOLAR"

Fotogalereya

Əlaqəli Xəbərlər