https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Fikrət Əliyev: Rasmussenin açıqlaması təxribat və məsuliyyətsizlikdir

15 Mart 2023 , 11:17
115
Fikrət Əliyev: Rasmussenin açıqlaması təxribat və məsuliyyətsizlikdir

NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Laçın dəhlizindən foto paylaşaraq təxribatçı açıqlamalar edib. 

O arxasında cırılmış erməni bayrağı olan fotosunun başlığında qeyd edib ki, Azərbaycan Laçın dəhlizini bloklayıb, 120 min sakin zəruri məhsullardan məhrum edilib. 

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev "Operativ Media"ya məsələni şərh edib: "Nədənsə, bu rəqəm heç dəyişmir. Heç bir rəsmi əsası olmayan, rəsmi sənədlərə söykənməyən rəqəmlərin bu cür siyasətçilər tərəfindən səsləndirilməsi, ən azından məsuliyyətsizlikdir. 

Ya da, keçmiş Baş katibin yeni işi bundan ibarətdir. Rasmussen ermənilərin PR maşını olmaq istəyir. Əldə olunan məlumatlara görə, onun Ermənistana səfərləri tez-tez olur, lakin bunlar mediaya açıqlanmır. 

Ermənistan PR menecer seçəndə bir az diqqətli olmalı idi. Çünki üzvü olduğu KTMT ölkələrinə qarşı xəyanət etmək ona baha başa gələcək. Rasmussen NATO infrastrukturunun Ermənistana gətirilməsinə cavabdeh şəxs kimi bilinir. Amma onun yalan iddiaları və erməni təxribatına uyması, pul qarşılığında verdiyi açıqlamalar üzvü olduğu təşkilatın imicinə böyük zərbədir.  

Ermənistanın isə KTMT ilə bağlı qeyri-müəyyənliyi artıq onun böyük qardaşı Rusiyanı da narahat etməyə başlayıb. Regiona Aİ missiyasını gətirmək, NATO-nun keçmiş Baş katibi ilə iş birliyi etmək Ermənistanın Rusiyaya qarşı növbəti arxadan zərbəsidir. Yaxın zamanlarda Ermənistanın cəzalandırılmasının şahidi ola bilərik"-deyə o qeyd edib. 

OXŞAR XƏBƏRLƏR
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

Sülh yolunu da Azərbaycan özü açacaq - ŞƏRH

Sülh yolunu da Azərbaycan özü açacaq - ŞƏRH

XƏBƏR LENTİ 0
  • 22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • 22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • 21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • 21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • 20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • 20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • 20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • 19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu