Menyu

Finlandiya prezidenti Türkiyəyə səfər edəcək

Nərmin Qocamanlı
Finlandiya prezidenti Türkiyəyə səfər edəcək
1 dəq oxu

Finlandiya prezidenti Sauli Niinistö Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Niinistö Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə işgüzar səfər edəcək.

Cümə günü, martın 17-də İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Əlaqəli Xəbərlər