Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB 15.03.2023, 22:10 Nərmin Qocamanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. "Operativ Media" xəbər verir ki, Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. *** 21:17 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. "Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Teqlər: "Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB"