https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Bakıya "yox" deyən ermənilər indi yaxşı-yaxşı düşünməlidirlər - ŞƏRH

16 Mart 2023 , 09:45
158
Bakıya "yox" deyən ermənilər indi yaxşı-yaxşı düşünməlidirlər - ŞƏRH

Ermənilər Bakıya gəlsə də, gəlməsə də... 

Yadınızda olar, 2022-ci ildə Peterburq İqtisadi Forumunda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev dırnaqarası “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” haqda danışarkən bildirmişdi ki, Qazaxıstan həmin ərazilərin  müstəqilliklərini dəstəkləmir və bu "respublikaları" kvazi-dövlət hesab edir. Məntiqi məsələ olaraq da onu vurğuladı ki, əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. 


Ermənilər xaos istəyir ?


Tokayevin “tokat” kimi cavabı dünyanın gündəmi olmuşdu. Azərbaycanda da belə düşünürlər və hesab edirlər ki, ermənilər öz müqəddaratını həll etmək imkanına sahib olsalar, bu 1980-cı illərin sonu 1990-cı illərin əvvələrinə geri dönüş olacaq. Xaos və işğalçılıq. 30 ilə yaxın müddətdə Qarabağın işğalı zamanı həmin ərazilərdə xaos, özbaşınalıq və cinayətkarlığın olması barədə sübutlar tarixi izlərlə 2020-ci ildən sonra dünyaya tam bəlli oldu. İndi həmin xaos həyatları üçün darıxan ermənilər Azərbaycanın onlara olan dəvətindən imtina etdi. Bakıda görüşə gəlib, yaşadıqları ölkə ərazisində qayda-qanun və xalqlarla birgə yaşayış prinsipindən imtina etdi.  Qanunsuz silahlı birləşmələr saxlayan qondarma rejimə bu yaraşırdı. Amma anlamalıdırlar ki, dünyada hər bir xalqın öz dövləti, respublikası olması deyilən bir məsələ yoxdur. Respublika istəyirlərsə bu ancaq Ermənistan ola bilər. Oraya gedib yaşamaq üçün də Azərbaycan heç bir maneə yaratmır. Köçsünlər getsinlər, dəhliz də açıqdır. Azərbaycan sərhədləri daxilində erməni dövləti ola bilməz, bura xaos ocağı deyil, ermənilərə də istisindən pay düşə!

Müasir dünyada xalqların seçimi

Qarabağda yaşayan ermənilərin nümayəndələrinin Bakıya danışıq üçün dəvətdən imtina etməsi gələcəyini düşünən bir toplumun atdığı addım deyil. Qəbrini özü qazanların davranışlarıdır. Azərbaycanın xalqlara davranışını hamı görür və bilir. Ölkədə yaşayan xalqların təxminən 10 faizə yaxını müxtəlif xalqlardır. Şimaldan cənuba, şərqdən-qərbə getdikcə demək olar ki, hər 30-40 km-dən bir müxtəlif xalqlar, müxtəlif adət-ənənə ilə rastlaşılan ölkə Azərbaycandır. Əsrlərdir burada yaşayan xalqların tarixi abidələri də qorunur. Bunun da əvəzində ölkəyə o qədər isti münasibət var ki, övladları Azərbaycanın ərazi bötövlüyü uğrunda canlarından keçiblər və indi də buna hazırdırlar. Seçimləri də məntiqlidir.


Düşmənçiliyi aradan qaldıran Azərbaycan modeli

Əsrlərdir Azərbaycana, azərbaycanlılara düşmən münasibəti bəsləyən ermənilər birgə yaşayışa dəvət edilirsə, bu Azərbaycan dövləti və azərbaycanlılar fərqidir. Azərbaycan bu fərqi göstərib, ermənilər İrəvanda, Qarabağda tarixi, dini  abidələrimizi dağıdanda, azərbaycanlılar Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayıb, erməni əlifbası ilə birlikdə. Ona görə də ermənilər yığışaraq, birlikdə düşünsünlər. Bakıya dəvət olunanda gəlmirlərsə, İrəvanda görüşməli olacağıq.

Samir Cabbarov – Operativ Media.
 

OXŞAR XƏBƏRLƏR
Blinken: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”

Blinken: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”

Ərdoğan Putinlə danışıqlar aparacaq

Ərdoğan Putinlə danışıqlar aparacaq

FED uçot dərəcəsini artırıb

FED uçot dərəcəsini artırıb

XƏBƏR LENTİ 0
  • 06:26

    Blinken: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
Menyu