https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

XRİTDX nümayəndə heyəti Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak edib

17 Mart 2023 , 10:00
111
XRİTDX nümayəndə heyəti Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak edib

Cari ilin 14 -16 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində GISEC Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilmişdir.

Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyinin təkamülü – saxta domenlərin monitorinqi” təqdimati ilə çıxış etmişdir. Təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün texnologiya, üsul və vasitələrin keçdiyi təkamül yolu, eləcədə XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.gov.az) saxta domen təhdidləri ilə mübarizə təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

"Operativ Media" xəbər verir ki, tədbirin davamında XRİTDX-nin nümayəndəsi “Kiberməkan və geopolitika: Kiberrisklərin azaldılmasına sistematik yanaşma” mövzulu panel müzakirəsində iştirak etmişdir.

Ümumilikdə 120 ölkədən 500-dən çox kibertəhlükəsizlik şirkətinin iştirak etdiyi konfrans və sərgidə Xidmətin nümayəndə heyəti sahə üzrə müxtəlif məlumatlar və məruzələr ilə tanış olmuş, aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirmiş, yeni texnoloji həllərin tətbiqi istiqamətləri ilə bağlı müzakirələr aparmışlar.

OXŞAR XƏBƏRLƏR
Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər

Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər

XİN rəhbəri: Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir

XİN rəhbəri: Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir

İsrail XİN başçısı: Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm

İsrail XİN başçısı: Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu