Menyu

Türkiyə və Finlandiya liderləri bu gün Ankarada görüşəcək

Nərmin Qocamanlı
Türkiyə və Finlandiya liderləri bu gün Ankarada görüşəcək
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün finlandiyalı həmkarı Sauli Niinistonu  ilə Ankarada görüşəcək.

"Operativ Media" Anadolu Agentliyinə istinadən xəbər verir ki,  iclasın əsas gündəmi Finlandiyanın NATO-ya üzvlüyü olacaq.

Məlumata görə,  Ərdoğan Finlandiya liderini Prezident Külliyesində rəsmi mərasimlə qarşılayacaq.

Liderlər rəsmi mərasimdən sonra təkbətək görüş keçirəcəklər. Görüşdə 2022-ci ilin iyununda Madriddə imzalanan üçlü memorandum çərçivəsində son vəziyyət qiymətləndiriləcək. Finlandiyanın memorandumda üzərinə götürdüyü məsələlərə əməl edib-etməməsi nəzərdən keçiriləcək.

Ərdoğan-Ninisto görüşündə Türkiyə-Finlandiya münasibətləri də müzakirə olunacaq. Bundan əlavə, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

Dövlət başçıları görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.

Əlaqəli Xəbərlər