Azərbaycanla Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq edilib
Nərmin Qocamanlı
Azərbaycan və Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq edilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Anlaşma Memarandumu qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyəyə bildiriş göndərməlidir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma