Türkiyədə yeni ANKA-3 Pilotsuz Qırıcı Təyyarənin ilk fotosu paylaşılıb - FOTO
Əziz Əzizli
Türkiyə Hava və Aerokosmik sənayəsi (TUSAŞ) Pilotsuz Qırıcı Təyyarənin ilk şəkillərini paylaşıb.
"Operativ Media" xəbər verir ki, ANKA-3-ün bu il ilk uçuşunu həyata keçirməsi planlaşdırılır.
Paylaşılan şəkildə ANKA-3-ün xarici silah stansiyalarında 2 Pilotsuz Uçuş Aparatının olduğu görünür.
ANKA-3-ün daxili silah stansiyaları da olacaq. Təyyarə qanadı formasında olan ANKA-3, şaquli sabitləşmə və daxili silah stansiyalarının olmaması səbəbindən çox aşağı radar kəsişmə sahəsinə sahib hesab edilir.
Teqlər:
"Türkiyədə yeni ANKA-3 Pilotsuz Qırıcı Təyyarənin ilk fotosu paylaşılıb - FOTO"