20 Mart 2023, 13:10
Si Cinpin Rusiyada səfərdədir
Si Cinpin Rusiyada səfərdədir şəkil
Si Cinpin Rusiyada səfərdədir

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

"Operativ Media"  xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bu gün S.Cinpin və V.Putin arasında qeyri-rəsmi görüş olacaq. Dövlət başçıları birgə narah edəcəklər. 

Martın 21-də S.Cinpin və V.Putin arasında rəsmi görüş keçiriləcək.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri martın 22-də başa çatacaq.

Son xəbərlər
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb