Yaponiyanın Baş naziri Ukraynada Zelenski ilə görüşəcək
Nərmin Qocamanlı
Yaponiyanın Baş naziri Kişida Fumio Ukraynaya səfər edəcək və prezident Vladimir Zelenski ilə görüşəcək.
"Operativ Media"ya Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, baş nazir Kişida Fumio Ukraynada prezident Vladimir Zelenski ilə görüşəcək.
May ayında Xirosimada ev sahibliyi edəcəyi G7 Liderlər Sammitindən əvvəl Kişida ölkəsinin Ukraynaya qətiyyətlə dəstəyini vurğulayacaq. Baş nazir Kişida da sabah Polşaya səfər edəcək.
Yaponiyanın baş naziri Rusiya-Ukrayna böhranının başladığı 2022-ci ilin fevralından bəri Ukraynaya səfər etməyən yeganə G7 ölkə lideri idi.
Ukraynadan gələn dəvətlərlə bağlı açıqlamasında Kişida uyğun vaxtın gözlədiyini bildirib.
Teqlər:
"Yaponiyanın Baş naziri Ukraynada Zelenski ilə görüşəcək"