
İngiltərə və İsrail 2030-cu ilə qədər texnologiya, ticarət və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsini nəzərdə tutan saziş imzalayıb.
"Operativ Media" xəbər verir ki, İngiltərə xarici işlər naziri Ceyms Cleverly ilə paytaxt Londonda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen iki ölkə arasında iqtisadi, təhlükəsizlik və texnologiya əlaqələrini dərinləşdirməyi hədəfləyən “2030 Yol Xəritəsi”ni imzalayıb.
Antisemitizmlə mübarizə üzrə birgə öhdəlikləri ehtiva edən saziş ticarət, elm və texnologiya, tədqiqat və inkişaf, təhlükəsizlik, sağlamlıq və iqlim kimi İsrail-Britaniya münasibətlərində əməkdaşlığı gücləndirmək üçün ətraflı öhdəlikləri ehtiva edir.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin səfərlə bağlı verdiyi açıqlamada iki nazirin işğal altındakı Fələstin torpaqlarında son vaxtlar artan zorakılıqları, Ukrayna və İranın Rusiya tərəfindən işğalını da müzakirə etdiyi bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahu martın 23-də Böyük Britaniyaya səfər edəcək