Menyu

Gürcüstan parlamentində deputatlar arasında dava olub

Redaksiya
Gürcüstan parlamentində deputatlar arasında dava olub

Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında dava olub. 
"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, deputatlar arasında əvvəlcə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.


“Xalqın gücü” hərəkatının üzvü Viktor Caparidze müxalifətdən olan deputatları agent adlandırıb. Bundan sonra müstəqil deputat Tariel Nakaidze ona qarşı nalayiq sözlər işlədib. Daha sonra deputatlar biri-birlərinə fiziki güc tətbiq ediblər. 


Fiziki qarşıdurmaya digər deputatlar da qoşulublar. 


İclasda fasilə elan olunub, təhlükəsizlik xidməti deputatları zaldan çıxarıb.

Teqlər:

"Gürcüstan parlamentində deputatlar arasında dava olub"

Əlaqəli Xəbərlər