http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN: Ermənistanın təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik

24 Mart 2023 , 11:05
XİN: Ermənistanın təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik

"Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik".

"Operativ Media" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan prezidenti Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab olaraq bildirib.

"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir.

Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir.

Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir.

Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır".

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken gələn həftə İsrailə səfər edəcək

Antoni Blinken gələn həftə İsrailə səfər edəcək

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB 3

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB 3

XƏBƏR LENTİ
  • 13:42

    Antoni Blinken gələn həftə İsrailə səfər edəcək
  • 13:40

    Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB
    Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB
  • 13:31

    Yaponiya Türkiyədəki zəlzələ bölgəsinə 60 milyard yen maliyyə ayıracaq
  • 13:25

    İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB 3
    İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB 3
  • 13:22

    Latviyanın XİN rəhbəri Ukraynaya işgüzar səfər edib
  • 13:21

    Premyer Liqa klubları cərimələndi
  • 13:13

    Rusiya və Çinin müdafiə nazirləri görüşüb
  • 13:10

    Laçında peşə yarmarkası keçirilib
Menyu